G7 ölkələrindən Çinlə əlaqənin vacibliyi barədə Bəyanat

   G7 ölkələrindən Çinlə əlaqənin vacibliyi barədə    Bəyanat
  20 May 2023    Oxunub:1094
G7 ölkələrinin liderləri Çinlə sabit və konstruktiv münasibətlər qurmağa hazır olduqlarını, həmçinin bu ölkə ilə səmimi qarşılıqlı fəaliyyətin vacibliyini dərk etdiklərini bildiriblər.
AzVision.az xəbər verir ki, bu barədə G7-nin yekun bəyanatında bildirilib.

G7 ölkələri qeyd ediblər ki, Çinin beynəlxalq aləmdəki rolunu, eləcə də Çin iqtisadiyyatının həcmini nəzərə almaq lazımdır.

“Bizim siyasətimiz Çinə zərər vermək və ya onun iqtisadi inkişafına, tərəqqisinə mane olmaq məqsədi daşımır”, - sənəddə vurğulanır.

Həmçinin, “Böyük Yeddilik” ölkələri Xirosima sammitində dünyada nüvə silahının tamamilə rədd edilməsinin, həmçinin nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunmasının tərəfdarı olduqlarını bildiriblər.

Bundan əlavə, G7 liderləri Ukraynaya nə qədər vaxt lazımdırsa, onu dəstəkləməyə davam edəcəklərini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti