Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirib

   Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirib
  20 May 2023    Oxunub:1155
Brüssel görüşü zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib.

O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib. Baş nazir qeyd edib ki, iki saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar.

Yerli mətbuatın yazdığına görə, Ermənistan və Azərbaycan liderlərinin Moskva və Kişinyovda gözlənilən görüşləri müzakirə olunmayıb.

Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.



Teqlər:





Xəbər lenti