Yaponiyadan Rusiyaya daha bir qadağa

   Yaponiyadan Rusiyaya daha bir qadağa
  20 May 2023    Oxunub:1299
Yaponiya hakimiyyəti rəsmi Moskvaya qarşı yeni sanksiyalar paketinin bir hissəsi olaraq Rusiya Federasiyasından tikinti və mühəndislik xidmətlərinin göstərilməsini qadağan edəcək.
Məlumatı "Nikkei" nəşri yazıb. Yeni məhdudiyyətlərlə bağlı başqa təfərrüatlar açıqlanmayıb. Bu ərəfədə Yaponiyanın Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirəcəyi məlum olub. Bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Rusiyaya qarşı sanksiyadan yayınmada əli olan 100-ə yaxın şəxs və təşkilata qarşı məhdudiyyətlərin tətbiq olunacağı güman edilir. Müdafiə sənayesi ilə bağlı olan 80 təşkilata da sanksiya tətbiq olunacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti