Zelenski G7 sammitində şəxsən iştirak edəcək

   Zelenski G7 sammitində şəxsən iştirak edəcək
  20 May 2023    Oxunub:1107
Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyada keçiriləcək G7 Liderlər Sammitində şəxsən iştirak edəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya höküməti məlumat yayıb.
Zelenski G7 sammitinə onlayn qoşulacaq

Bu, Zelenskinin Rusiyanın hücumlarının başladığı 2022-ci ilin fevralından sonra Asiya regionuna ilk səfəri olacaq.

Bildirilib ki, Zelenski liderlərlə görüşə və G7 ölkələrinin Ukrayna ilə mövcud həmrəyliyini gücləndirməyi hədəfləyə bilər.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “sammitin son günündə, şəxsən Zelenskinin iştirakı ilə G-7 liderləri arasında Ukrayna ilə bağlı sessiyanın keçirilməsi qərara alınıb”.

Ukrayna lideri sammit çərçivəsində Yaponiyanın baş naziri Kişida Fumio ilə də görüşəcək.

Qeyd edək ki, Yaponiyanın ev sahibliyi etdiyi, ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderlərinin qatılacağı sammit mayın 21-də başa çatacaq.

Sammitə Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya, Braziliya, Vyetnam liderləri və beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunub.

Xatırladaq ki, qlobal siyasi və iqtisadi problemlərin həlli üçün mühüm beynəlxalq platformalardan biri hesab olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Zelenski  





Xəbər lenti