Rəqibləri böhranda olanda zirvəyə yüksəldi: Dünyanın ən zəngin adamının sirri
Ötən il şirkət 2021-ci ildəki gılirindən 23 faiz artışla 79,2 milyard avro və ya təxminən 86,3 milyard dollar qazanıb. 81 ölkədə yerləşdiyi və dünya üzrə 196 000-dən çox işçisi olan mağazaların sayı son iyirmi ildə beş dəfədən çox artıb.
Şirkətin səhmləri aprel ayında hər bir səhm üçün 199 dolları keçərək bütün dövrlərin ən yüksək səviyyəsinə qalxıb. Mərkəzi ofisi Parisdə yerləşən firmanın bazar dəyəri 500 milyard dolları keçən ilk Avropa şirkətidir.
Bəzi ekspertlər şirkəti uzun illər tənəzzülə davamlı, iqtisadi geriləmələr ayaqda qala bilən və zamanla dəyər qazanan mıhsulları ilə fəxr edən biri olaraq təqdim edir. Bəziləri Arnaultun gücünün uzun ömürlü şirkətləri yaranmasında olduğunu deyirlər. Onun ən son satın aldığı 2021-ci ildə 15,8 milyard dollarlıq "Tiffany & Co." oldu.
LVMH Şimali Amerikanın prezidenti və baş icraçı direktoru Aniş Melvani deyir: “Potensial satınalmalardan danışarkən o, hazırda məşhur olan brendi axtarmır. O, 100 ildən sonra burada ola biləcəyini düşündüyü bir marka axtarır"
TD Cowen-in idarəedici direktoru Oliver Chen LVMH-nin Arnault vasitəsilə "uzun oyun" oynadığını söyləyib: "Bu, şirkətin brendlərini bütövlük, qavrayış və uyğunluq baxımından yaxşı vəziyyətdə saxlayır".
Melvani Covid pandemiyasından sonra LVMH-nin e-ticarət və rəqəmsal kanallarındakı fenomenal artım səbəbiylə lazım olan real məkanda fəaliyyət göstərən mağazalarını genişləndirməyə diqqət yetirdiyini qeyd edib.
Əlaqəli olmaq lüks uzunömürlülüyün açarıdır və LVMH-nin təkcə davamlı deyil, həm də üstün olmağa davam edən brend strategiyasıdır.
Aytən Zəhra
AzVision.az
Teqlər: