"Pivədə qadın hormonları var, qoy o kişilər çox içsin" - Putin

   "Pivədə qadın hormonları var, qoy o kişilər çox içsin" -    Putin
  19 May 2023    Oxunub:1187
"Xaricə gedən rusiyalı siyasi mühacirlər pivə içməyə davam etməlidirlər".
AzVision.az xəbər verir ku, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O, Rusiya Baş Prokurorluğunun 2023-cü ilin martında fəaliyyətini arzuolunmaz hesab etdiyi “Azad Xalqlar Forumu”nun iştirakçılarına belə məsləhətlər verib.

Xarici Əlaqələr Şurasının iclasında prezidentə Praqada keçirilən və iştirakçıların “Rusiyanın müstəmləkəsizləşdirilməsi” çağırışları ilə bağlı tədbir haqqında məlumat verilib.

“Praqa yaxşı şəhərdir. Pivə var. Qoy onlar da pivə içməyə davam etsinlər”, - Putin bildirib. Prezident xatırladıb ki, mütəxəssislərin fikrincə, pivədə qadın hormonlarının böyük dəsti var. “Ora toplaşan kişilər” bu içkidən sui-istifadə edərsə, Rusiya olduqca razı qalar”, - o əlavə edib.
AzVision.az


Teqlər:





Xəbər lenti