Ərdoğan Sinan Oğanla nə danışdı?

 Ərdoğan Sinan Oğanla nə danışdı?
  19 May 2023    Oxunub:2083
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ATA İttifaqının namizədi Sinan Oğanla görüşü başa çatıb
AzVision.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 17:00-da başlayan görüş 1 saat çəkib. Ərdoğanın Oğanla nə danışdığını haqqında məlumat verilməyib. 1 saatlıq görüşdən sonra Türkiyə prezidenti Dolmabahçedə İş yerindən ayrılıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğanla görüşü başlayıb.
Görüş mediaya qapalı şəkildə keçirilir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ATA İttifaqının namizədi Sinan Oğanı qəbul edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, görüş Türkiyə Prezidentinin ofisində keçiriləcək.

Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda Sinan Oğan 5%-dən çox səs toplayıb. O, ikinci turda hansı namizədi dəstəkləyəcəyini açıqlamayıb.
AzVision.az


Teqlər:





Xəbər lenti