Bayden də Xirosimaya gedir

   Bayden də Xirosimaya gedir
  19 May 2023    Oxunub:1040
ABŞ prezidenti Co Bayden mayın 20-də Yeddilik Qrupuna (G7) ev sahibliyi edən Xirosimada keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu (Quad, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanı birləşdirir) liderlərinin görüşündə iştirak edəcək.
Bu barədə cümə günü Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib.
Zelenski G7 sammitinə gedəcək və Baydenlə görüşəcək


“Prezident Bayden Avstraliyaya səfərini təxirə salmaq məcburiyyətində qaldıqdan sonra, Quad liderləri bir araya gəlmək və ötən il ərzində Quadın tərəqqisini qeyd etmək üçün Xirosimada sammit keçirməyə qərar verdilər.

Buna görə də sabah G7 (zirvə toplantısı) ilə yanaşı, prezident Bayden Quad liderlərin üçüncü təkbətək görüşündə iştirak edəcək”, - deyə məlumatda bildirilir.

İclasda Avstraliya, Yaponiya və Hindistanın baş nazirləri də iştirak edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Bayden  





Xəbər lenti