Elon Mask "Twitter"i torrent saytına çevirdi: Hamı film yükləyir

   Elon Mask "Twitter"i torrent saytına çevirdi:    Hamı film yükləyir
  19 May 2023    Oxunub:1244
İlon Maskın sahibi olduğu "Twitter"də 2 saatlıq video yükləmə icazəsindən sonra "Blue" abunəçiləri öz izləyiciləri üçün pirat filmlər yükləməyə və paylaşmağa başlayıblar.
Hazırda Web və iOS üçün əlçatan olan bu seçimlə 8 GB-a qədər videolar yükləmək olar. Amma Android istifadəçiləri üçün hələ də 10 dəqiqəlik məhdudiyyət var.

Artıq "Twitter Blue" abunəçiləri 2 saatlıq video yükləmə imkanını fürsətə çeviriblər. Yeniliklə "Twitter"in "Youtube"a çevriləcəyi səsləndirilir. Məsələn, "The Verge" müəyyən edib ki, "Shrek The Third" filminin tam versiyası artıq "Twitter"ə yüklənib. Lakin bu, hamısı deyil. "Super Mario Bros" filminin hamısını platformada izləyən istifadəçilərin şərhləri bir anda yayılıb.

Əslində, 2 saatlıq videoya icazə vermək təkcə "Twitter" üçün müəllif hüquqları ilə bağlı problemlər yaratmır. Həmçinin bu videoların saxlanması üçün yüksək server xərcləri də lazımdır. "Twitter" Blue abunəçilərindən əldə etdiyi aylıq abunə gəliri ilə bu xərci ödəməsi çətin görünür.

AzVision.az


Teqlər:





Xəbər lenti