Putin zarafat etdi: "Axmaqların yarışı keçirilsə, ikinci yeri tutarlar"

     Putin zarafat etdi:    "Axmaqların yarışı keçirilsə, ikinci yeri tutarlar"
  19 May 2023    Oxunub:1018
"Neokolonial düşüncəyə malik Rusiyanın əleyhdarları, Rusiya Federasiyasının milli müxtəlifliyinin yalnız ölkəni daha güclü etdiyini başa düşməyən axmaqlardır".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Adını çəkdiyim opponentlərimiz, neokolonial təfəkkürlü insanlar əslində axmaqdırlar , başa düşmürlər ki, bizi daha güclü edən məhz bu milli müxtəliflikdir”, - dövlət başçısı bildirib.

Putin əlavə edib:" Onlar boş yerə çalışdıqları effektə ümid edirlər".

"Özlərinin neokolonial ideyalarını rəhbər tutan insanlar axmaqdır və axmaqların rəqabətində onlar ikinci yeri tutacaqdılar. Niyə? Bəli, çünki axmaqlar", - Putin zarafat edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Putin  





Xəbər lenti