Ərdoğan: "Türkiyə Rusiyaya sanksiyalar qoymaq mərhələsində deyil"

      Ərdoğan:    "Türkiyə Rusiyaya sanksiyalar qoymaq mərhələsində deyil"
  19 May 2023    Oxunub:1117
"Türkiyə indi Qərbin etdiyi kimi Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək mərhələsində deyil". AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Qərbin etdiyi kimi Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyimiz mərhələdə deyilik”, - o, CNN-ə müsahibəsində bildirib.
"Ankara İsveçin NATO-ya üzv olmasına hazır deyil" - Ərdoğan


Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ankara Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmur, eyni zamanda onlardan yan keçməyə imkan vermir.

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın qeyd edib ki, Türkiyənin Rusiya Federasiyasına qarşı sanksiyaları ilk növbədə Ankaranın özünə qarşı oynayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Ərdoğan  





Xəbər lenti