"Ankara İsveçin NATO-ya üzv olmasına hazır deyil" - Ərdoğan

   "Ankara İsveçin NATO-ya üzv olmasına hazır deyil" -    Ərdoğan
  19 May 2023    Oxunub:1110
"Türkiyə hazırda İsveçin NATO-ya üzv olmasına hazır deyil". AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə açıqlamasında deyib.
“Hazırda biz İsveçə hazır deyilik... Çünki NATO ölkəsi terrorla mübarizəyə gəldikdə mövqe tutmalıdır”,- deyə o, Stokholmun NATO-ya üzvlük müraciəti ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

Ərdoğanın sözlərinə görə, Stokholm Türkiyədəki terror qruplaşmalarının İsveçdə, Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, İsveçin NATO üzvlüyünə müsbət baxıla bilməz.

Qeyd edək ki, Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə müraciətlər ediblər. Alyansa daxil olmaq üçün onun bütün üzvlərinin razılığı tələb olunur. Əvvəlcə Türkiyə ərizə prosesini əngəllədi, lakin iyunun 29-da Türkiyə, İsveç və Finlandiya təhlükəsizlik memorandumu imzaladılar. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Ankaranın terrorizmlə mübarizə və silah təchizatı ilə bağlı bütün narahatlıqlarını nəzərə alır.

2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilmişdi. Lakin Macarıstan və Türkiyə İsveçin müraciətini Finlandiyadan ayrıca nəzərdən keçirmək istəyirdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti