"Üçtərəfli görüş danışıqların növbəti raundu üçün fürsətdir" - Mirzoyan |
Ermənistanın xarici işlər naziri həmçinin “təklif olunan sülh sazişinin bir neçə maddəsi üzrə” əldə olunan irəliləyişi qeyd edib. O, iki ölkə liderlərinin razılaşdığı və birgə bəyanatda qeyd etdikləri kimi gərginliyin daha da artmasının qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini vurğulayıb,
Qeyd edək ki, mayın əvvəlində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd günlük danışıqlar aparılıb. Bundan sonra mayın 14-də Brüsseldə iki ölkə liderlərinin görüşü keçirilib. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün iyunun 1-də Kişinyovda keçiriləcəyi gözlənilir. Lakin mayın 18-də Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün mayın 25-də Moskvaya gedəcəyini bildirib.
AzVision.az