Qarabağla bağlı üçtərəfli bəyanatın alternativi yoxdur - Lavrov

   Qarabağla bağlı üçtərəfli bəyanatın alternativi yoxdur -    Lavrov
  19 May 2023    Oxunub:1282
"Cənubi Qafqazdakı vəziyyətin nizamlanması üçün Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının alternativi yoxdur". Bunu Moskvada erməni və azərbaycanlı həmkarları ilə üçtərəfli görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, sonuncu dəfə belə formatda görüşlər kifayət qədər uzun müddət əvvəl olub, bu müddət ərzində bir çox hadisələr baş verib və Lavrov görüşün konstruktiv atmosferdə keçəcəyini gözləyir. Lavrovun fikrincə, Ararat Mirzoyan ilə Ceyhun Bayramovun birbaşa dialoqu əlavə nəticələr əldə etməyə kömək edəcək.
Nazirlərin üçtərəfli görüşü başladı - VİDEO


Üçtərəfli formatda Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin bütün spektrinə baxmağı və Rusiyanın imkanlarını nəzərə alaraq gələcək addımların razılaşdırılmasını təklif edib. Biz Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil etdik, hesab edirik ki, liderlərimizin razılaşmalara alternativi yoxdur.

Rusiya regionda sülh və sabitlik istəyir, vəziyyətin sabitləşdirilməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlindən gələni edəcək və ümid edir ki, bu və ya digər şəkildə bu regionda iştirak etməkdə maraqlı olan bütün digər dövlətlər onlara hörmətlə yanaşacaqlar”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Lavrov  





Xəbər lenti