Bayden dövründə 6,5 milyon miqrant ABŞ-a qanunsuz gəlib

Bayden dövründə 6,5 milyon miqrant ABŞ-a qanunsuz gəlib
  19 May 2023    Oxunub:970
“Cozef Bayden 2021-ci ildə ABŞ prezidenti olduqdan sonra təxminən 6,5 milyon miqrant ölkənin cənub sərhədini qanunsuz keçib”.
Bu məlumatı ABŞ senatoru Ted Kruz bildirib. Onun sözlərinə görə, 170 000 qeyri-qanuni miqrant hazırda ABŞ-ın cənub sərhədi boyunca düşərgə salıb və yaxın günlərdə sərhədi keçməyə hazırlaşır: “Bu, fəlakətdir”.

Bundan əvvəl ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyətin gərginləşməsi ilə əlaqədar ABŞ-Meksika sərhədində 24 min sərhədçi və mindən çox hərbçinin çalışdığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti