Kreml İlham Əliyevlə Paşinyanın Moskvada görüşəcəyini təsdiqləyib

   Kreml İlham Əliyevlə Paşinyanın Moskvada görüşəcəyini təsdiqləyib
  19 May 2023    Oxunub:1122
Gələn həftə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Avrasiyaya inteqrasiya məsələlərini müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O, gələn həftə İlham Əliyevlə Paşinyanın Moskvada görüşə biləcəyini vurğulayıb:

"Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Biz həm Əliyevin, həm də Paşinyanın Moskvada olmasını gözləyirik”.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə görüşmüşdülər.

AzVision.az


Teqlər:





Xəbər lenti