Abdullahiyan: “Makron səhv etdi, lakin bunu tez anladı”

   Abdullahiyan:    “Makron səhv etdi, lakin bunu tez anladı”
  19 May 2023    Oxunub:1077
“Fransa prezidentinin Məhsa Əmininin ölümündən sonra “Qadın, Həyat, Azadlıq” adlı ümumxalq etiraz aksiyalarına dəstək bəyanatı yanlış idi”. İranın Xarici İşlər naziri belə deyib.
xəbər verir ki, İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fransanın məşhur “Fiqaro” qəzetinə verdiyi müsahibədə Emmanuel Makronun səhv etdiyini və bunu tez anladığını söyləyib.

“İranda hələ də davam edən geniş etiraz dalğasını bir daha İran xalqına qarşı pozğunluq və geniş yayılmış psixoloji və media müharibəsidir. Cənab Makron İranla bağlı konkret fikir bildirərkən səhv etdi, lakin İranda heç nə olmayacağını tez anladı” - Abdullahiyan deyib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron ötən ilin noyabrında İranın etirazları ilə bağlı müsahibəsində
- Görünməmiş hadisə baş verir. İnqilabın uşaqları özləri inqilab həyata keçirirlər və əvvəlki inqilaba qalib gəlirlər” - deyə bildirmişdi.

Abdullahiyanın İrandakı teokratik hakimiyyət üçün ciddi təhlükənin olmadığı barədə “ürəkli” bəyanatı, sözsüz ki, pis oyunda yaxşı simanı qoruyub saxlamaq cəhdindən başqa bir şey deyil. Makronun öz səhvini tez anladığı barədə iddia isə, Ermənistana münasibətdə Fransa ilə İranın “əxlaqi və mənəvi dəyərlər” baxımından müttəfiq olduqlarına və bu baxımdan da ikitərəfli əməkdaşlığı dərinləşdirmək zərurətinə vrurlan bir eyhamdır. Amma Tehranın da, Parisin də tarixən 2-3 üzlü siyasət yürütdüklərini nəzərə alsaq, Abdullahiyanın tezliklə Emmanuel Makron haqqında sərt ritorikaya meyllənəcəyi, Fransa prezidentinin isə İranın ünvanına daha kəskin ifadələr işlədəcəyi istisna deyil.
Böyük mənada isə, bu iki dövlətin Cənubi Qafqaz siyasətinin kökündən səhv olduğu göz önündədir. Amma bəsirət gözləri qapandığından bu acı həqiqəti etiraf etməkdən çox uzaqdırlar.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər: İran   Fransa  





Xəbər lenti