Avropa Rusiya almazlarının ticarətini məhdudlaşdıracaq

   Avropa Rusiya almazlarının ticarətini məhdudlaşdıracaq
  19 May 2023    Oxunub:965
“Avropa İttifaqı Moskvaya qarşı sanksiyaların gücləndirilməsi çərçivəsində Rusiyadan almaz ticarətini məhdudlaşdırmaq niyyətindədir”.
Bunu Xirosimada “Yeddilik” qrupunun sammitindən əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel keçirdiyi mətbuat konfransında deyib. “Rusiya almazlarının ticarətini məhdudlaşdıracağıq. Rus almazları əbədi deyil. Aİ hazırda sanksiya rejimindəki boşluqları aradan qaldırmaq və Rusiyanı kritik tədarüklərdən kəsməyə davam etmək üçün çalışır”, - o bildirib.

Bununla belə, o qeyd edib ki, növbəti sanksiyalar paketi ilə bağlı müzakirələr davam edir. Mişel həmçinin Belçika hökumətinin Rusiya almaz ticarətinə qarşı tədbirlərin sərtləşdirilməsinə yekun razılıq verib-vermədiyi sualına birbaşa cavab verməkdən yayınıb.

Aİ-nin Rusiyadan almazlara qarşı birtərəfli sanksiyalarının tətbiqinin əsas əleyhdarlarından biri Belçikadır ki, bu sanksiyalar qloballaşmasa, Rusiyanın ixracı Yaxın Şərqə və Hindistana gedəcək və Antverpenin almaz biznesi böyük zərər görəcək.

Qeyd edək ki, bu il Yeddilər qrupuna Yaponiya sədrlik edir. Mayın 19-dan 21-dək davam edəcək G7 sammitinin keçiriləcəyi Xirosima şəhəri 1945-ci il avqustun 6-da ABŞ tərəfindən atom bombardmanına məruz qalıb. Cozef Bayden dövlət başçısı postunda Xirosimaya gedən ikinci ABŞ prezidenti olacaq. Lakin o da 2016-cı ildə həmin şəhərə səfər edən Barak Obama kimi Birləşmiş Ştatların II Dünya müharibəsi zamanı törətdiyi qətliama görə üzrxahlıq etməyi planlaşdırmır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti