Putin xarici işlər nazirinin müavinini işdən qovdu

   Putin xarici işlər nazirinin müavinini işdən qovdu
  19 May 2023    Oxunub:1048
Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin terrorizmlə mübarizə üzrə rəis müavini Oleq Sıromolotovu vəzifəsindən azad edib. Müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Sənəddə deyilir ki, fərman imzalandığı gündən - mayın 19-dan qüvvəyə minir. İşdən çıxarılma səbəbləri açıqlanmayıb. Xarici işlər nazirinin müavini postunu kimin tutacağı barədə də məlumat yoxdur.

Syromolotov 2015-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyinin terrorizmlə mübarizə üzrə rəhbərinin müavini təyin edilib. Bundan əvvəl o, 2004-2015-ci illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatına rəhbərlik edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Putin  





Xəbər lenti