Yermak həmçinin bildirib ki, Zelenski və ABŞ prezidenti Co Bayden beynəlxalq təyyarə koalisiyasının yaradılması və bir çox digər məsələləri müzakirə etmək üçün yaxın günlərdə görüşəcəklər.
"Bu gün biz rəsmi olaraq təyyarələrin koalisiyasının yaradılması barədə deyə bilərik və bu, Ukraynanın səmanı, şəhərlərimizi və vətəndaşlarımızı qorumaq üçün çox yaxında lazım olan hər şeyə sahib olacağını deməyə əsas verir", - Prezident Aparatının rəhbəri bildirib.
***
Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyada keçiriləcək G7 sammitində iştirak etməyəcək, çıxışı onlayn rejimdə keçiriləcək. Bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov prezident Vladimir Zelenskinin sammitdə şəxsən iştirak edəcəyini bildirmişdi.
“Prezidentimizin iştirakı bizim maraqlarımızı qorumaq üçün mütləq lazımdır”,-o demişdi.
Bloomberg həmçinin Zelenskinin sammitdə iştirak etmək üçün Yaponiyanın Xirosima şəhərinə gedəcəyini bildirib. Eyni zamanda nəşr xatırladıb ki, yapon rəsmiləri Zelenskinin sammitdə iştirakını onlayn formatda elan ediblər.
***
Bloomberg mənbələrə istinadən yazır ki, Vladimir Zelenski Ərəb Liqasının sammiti üçün Səudiyyə Ərəbistanına, oradan isə G7 sammiti üçün Yaponiyaya gedəcək.
"Vladimir Zelenski G7 liderlərinə şəxsən qoşulmaq üçün Yaponiyanın Xirosima şəhərinə gedəcək", - agentlik yazır. Bildirilir ki, Zelenski Yaponiyaya ABŞ hərbi təyyarəsi ilə yola düşəcək.
G7 sammitinin keçirildiyi Xirosimada etirazlar başlayıb - VİDEO |
Bloomberg qeyd edir ki, Yaponiya rəsmiləri əvvəllər Zelenskinin görüşə uzaqdan qatılacağını deyiblər.
Bu gün Xirosimada G7 sammiti (Yaponiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada liderləri, həmçinin Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri) öz işinə başlayıb.
Ərəb Liqasının sammiti də eyni gündə Ciddədə baş tutacaq, uzun illərdən sonra ilk dəfə olaraq Suriya prezidenti Bəşər Əsəd orada iştirak edir.
Şahanə Rəhimli
AzVision.az