İran son 6 ayda Suriyaya 17 milyon barrel neft göndərib
“Ötən ilin noyabrından bu ilin aprel ayının sonuna kimi əsasən İran neft tankerləri ilə Suriyanın Banias limanına həcmi 16,4-17,1 milyon barrel və dəyəri 1 milyard 250 milyon dollar olan İran nefti daşınıb”, - açıqlanan məlumatda deyilir.
Həmçinin, “Kepler Enerji” informasiya şirkətinin bildirdiyinə görə, İran 2022-ci ilin noyabrından bu ilin martına qədər Suriyaya gündəlik 74 min barrel neft tədarük edib.
İran neft yüklərinin Suriya da daxil olmaqla beynəlxalq bazarlara gizli şəkildə göndərilməsi gəminin siqnal göndərmə sistemini söndürməklə həyata keçirdiyinə görə, onlara “xəyali gəmilər” deyilir.
AzVision.az
Teqlər: İran sanksiyalar