Konqresmenlər Kiyevə F-16 verilməsində israrlıdır

   Konqresmenlər Kiyevə F-16 verilməsində israrlıdır
  18 May 2023    Oxunub:943
ABŞ Konqresinin 14 üzvü ABŞ prezidenti Co Baydenin administrasiyasına məktub göndərərək, Ukraynaya F-16 qırıcılarının tədarükünə mane olmağı xahiş edib.
Bu barədə The New York Times xəbər verib. Konqresmenlərin Ağ Evə göndərdiyi məktubda deyilir: "Gördüyümüz kimi, müttəfiqlərimizin Ukraynaya tankların verilməsi ilə bağlı ilkin tərəddüdlərinə görə, ABŞ rəhbərliyinin Kiyevi əlavə resurslar və yeni imkanlarla təmin etməsi çox vacibdir. Münaqişəni ədalətli şərtlərlə effektiv şəkildə bitirmək üçün döyüş təyyarələrinin çatdırılması lazımdır".

Qeyd edək ki , ABŞ prezidentinin administrasiyası Ukrayna Silahlı Qüvvələrinə F-16 qırıcılarının tədarükü üçün razılıq almaq üçün Vaşinqtona təzyiq göstərən Avropa ölkələrinin, xüsusilə Böyük Britaniya və Almaniyanın genişmiqyaslı kampaniyası ilə üzləşib.

Bir gün əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ-ın F-16 qırıcıları ilə bağlı yeni təfərrüatlar açıqlamaya hələ hazır olmadığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti