Ğəzalə Şarməhd Almaniya hökumətinin İranla “sövdələşməsini” tələb etdi
“Atamın edam astanasında olduğu indiki vəziyyətdə İran rejimi ilə sövdələşmədən başqa yol yoxdur” , - siyasi məhbusun qızı deyib.
Siyasi fəal və radio aparıcısı, Cəmşid Şarməhd 2020-ci ilin avqustunda Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Dubayda İranın təhlükəsizlik agentləri tərəfindən qaçırılaraq İrana aparılıb.
İranın rəsmi mediası və təhlükəsizlik qurumları bu ikili vətəndaşı Amerikada İran Krallığı Assosiasiyasına bağlı olan “Thunder Group” media orqanının rəhbəri kimi təqdim ediblər. Cəmşid Şarməhd İran məhkəmələrində “yer üzündə fəsad”-da ittiham olunub. Bu yaxınlarda isə Cəmşid Şarməhdin ölüm hökmünün Ali Məhkəmə tərəfindən təsdiqləndiyi barədə məlumat yayıb.
AzVision.az
Teqlər: