Taxıl daşıyan vaqonlar relsdən çıxdı - FOTO

   Taxıl daşıyan vaqonlar relsdən çıxdı -    FOTO
  18 May 2023    Oxunub:1207
Simferopol yaxınlığında Çistenkoye və Poçtovoe stansiyaları arasındakı dəmir yolu xəttində taxılla dolu 5 vaqon relsdən çıxıb. Bu barədə RİA Novosti-yə fövqəladə hallar xidmətindəki mənbə bildirib.
Bundan əvvəl Simferopol-Sevastopol hissəsində elektrik qatarlarının hərəkətinin müvəqqəti dayandırıldığı bildirilib. Sərnişinlər bu stansiyalara avtobuslarla daşınacaq.

"Hadisə səhər saatlarında, saat 7:45-də baş verib. "Poçtovoe" və "Çistenkoe" stansiyaları arasındakı hissədə taxıl olan 5 vaqon relsdən çıxıb, səbəbləri araşdırılır", - xidmətlərdən bildirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Krım  





Xəbər lenti