Fransa Senatı Qolodomoru tanıdı

Fransa Senatı Qolodomoru tanıdı
  17 May 2023    Oxunub:990
Fransa Senatı 1932-1933-cü illər Qolodomorunun Ukrayna xalqının soyqırımı kimi tanınması təklifini qəbul edib.
AzVision.az xəbər verir ki, bu haqda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter hesabında yazıb.

O, bu tarixi səsverməyə görə senatorlara təşəkkür edib:

“Fransa Senatı indicə 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdı. Mən ədaləti bərpa edən və milyonlarla qurbanın xatirəsini ehtiramla yad edən bu tarixi səsverməyə görə fransız senatorlarına minnətdaram. Bu cür cinayətlər heç vaxt təkrarlanmamalı və heç vaxt unudulmamalıdır”.
Qeyd edək ki, martın 28-də Milli Assambleya (Fransa parlamentinin aşağı palatası) Qolodomoru soyqırım kimi tanıyıb.

AzVision.az



Teqlər:





Xəbər lenti