Britaniya "Tayfun" qırıcılarını Ukraynaya göndərməyəcək

Britaniya "Tayfun" qırıcılarını Ukraynaya göndərməyəcək
  17 May 2023    Oxunub:1037
Böyük Britaniya hökuməti Eurofighter Typhoon (Tayfun) qırıcılarını Ukraynaya göndərmək niyyətində deyil.
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News“ telekanalına açıqlamasında deyib.

O, qeyd edib ki “Tayfun” döyüş təyyarəsi Ukrayna üçün uyğun seçim deyil.

Ben Uolles vurğulayıb ki, eyni zamanda, Böyük Britaniya Ukrayna hərbi pilotlarının Qərb döyüş təyyarələrini idarə etməyə hazırlanmasına kömək etməyə hazırdır. Onun sözlərinə görə, bu proses uzun müddət çəkəcək.

Müdafiə naziri bildirib ki, Böyük Britaniya qırıcı təyyarələri Ukraynaya tədarük etmək istəyən digər ölkələrə bunu etmək imkanı verməklə Ukrayna ordusuna dəstək ola bilər, lakin öz rolu məhduddur.

AzVision.az



Teqlər:





Xəbər lenti