Ermənistanda ölən əsgərlərin valideyinləri həbs edildi

  Ermənistanda ölən əsgərlərin valideyinləri    həbs edildi
  17 May 2023    Oxunub:1578
"Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyan könüllü olaraq ölən hərbçilərin valideynlərinin maşınına minib və ona qarşı heç bir zorakılıq tətbiq edilməyib".
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmaqda təqsirli bilinən “Oğulların çağırışı” təşkilatının bəyanatında deyilir.

"Gənc özü ölən əsgərin anasının maşınına minib, onunla birlikdə Yerablura gedib, sonra naməlum səbəbdən maşından düşüb. Maşında ondan və qadından başqa heç kim olmayıb",-deyə bəyanatda deyilir.
Paşinyanın oğlunu oğurlamaq istədilər


Bundan əvvəl baş redaktoru baş nazirin həyat yoldaşı Anna Akopyan olan “Haykakan Jamanak” qəzeti saat 15:00 radələrində Aşot Paşinyanı evinin yaxınlığında qaçırmağa cəhd etdiklərini yazıb. Nəşr bunda 44 günlük müharibədə ölən erməni əsgərlərin yaxınlarının daxil olduğu “Oğulların çağırışı” təşkilatının üzvlərini ittiham edib. Nəşrin məlumatına görə, Aşot maşına mindirilib, lakin o, hərəkətdə olarkən yerə tullana bilib, nəticədə ayağından xəsarət alıb. Eyni zamanda qəzet hadisədə ölən əsgərin atası Mxitar Qaleyanın atası Qarik Qaleyanı ittiham edib.

Qurumun nümayəndəsi, Qarabağda 44 günlük müharibədə həlak olan Jora Saakyanın atası Vahid Saakyan bu məlumatı təkzib edib. O, təsdiqləyib ki, həqiqətən də hadisə olub, amma adam oğurluğu olmayıb. Valideynlərin həbs olunduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti