Rusiya təsdiqlədi: Bayramov Mirzoyanla görüşəcək

      Rusiya təsdiqlədi:    Bayramov Mirzoyanla görüşəcək
  17 May 2023    Oxunub:1040
Rusiya mayın 19-da Moskvada Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təsdiqləyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ararat Mirzoyan və Ceyhun Bayramov arasında ikitərəfli danışıqlar da planlaşdırılır.

"Moskva ümid edir ki, müzakirələr Ermənistan-Azərbaycan prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə töhfə verəcək", - Zaxarova bildirib.

Xatırladaq ki, mayın əvvəlində Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar aparılıb, danışıqlar 4 gün davam edib.

Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti