Rusiyanın VTB bankı Tehranda öz nümayəndəliyini açdı

   Rusiyanın VTB bankı Tehranda öz nümayəndəliyini açdı
  17 May 2023    Oxunub:1006
Rusiyanın “VTB” bankının Tehranda nümayəndəliyi açılıb. Bu barədə İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak öz Tvitter hesabında yazıb.

AzVision.az xəbər verir ki, İran məmuru VTB-nin bu ölkənin maliyyə sistemində iştirak edən ilk Rusiya bankı olduğunu yazıb.

“Ticarətin İnkişafı Təşkilatının davamlı səyləri nəticəsində Rusiyanın ikinci böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açıb. Bu, İranda birbaşa iştiraka malik olan ilk Rusiya bankıdır və valyuta gəlirlərinin bir hissəsini trast şəbəkəsindən bank şəbəkəsinə və ticarət şəffaflığına köçürməkdə təsirli olacaq” - Peymanpak məlumat verib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra VTB ABŞ və Avropa İttifaqı tərəfindən tamamilə sanksiyaya məruz qalıb və onun Avropa ölkələrində fəaliyyətinə qadağa qoyulub.

Rusiya bankının Tehranda nümayəndəliyinin açılması Rusiya baş nazirinin enerji məsələləri üzrə diplomatik danışıqlara cavabdeh olan müavini Aleksandr Novakın Tehrana səfəri ilə eyni vaxta təsadüf edib.
Aleksandr Novak, öz növbəsində, Moskva-Tehran əməkdaşlığının İran iqtisadiyyatına müsbət təsir göstərəcəyini deyib.

- Neft və qaz sənayesi ölkələrimizin iqtisadiyyatının dayağıdır və buna görə də bu sahədə ikitərəfli əməkdaşlığın gücləndirilməsi Rusiya və İranın iqtisadi müqavimətini artıracaq”, - yüksək vəzifəli rusiyalı məmur vurğulayıb.

AzVision.az


Teqlər: Rusiya   İran  





Xəbər lenti