Paşinyan ilk dəfə Azərbaycanın 86,6 min km²-lik ərazisini tanıdığını bəyan etdi

   Paşinyan ilk dəfə Azərbaycanın 86,6 min km²-lik ərazisini   tanıdığını bəyan etdi
  17 May 2023    Oxunub:2122
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıdığını bəyan edib. O, bunu Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışı zamanı deyib.
Azərbaycanla münasibətlərin normallaşmasına toxunan Ermənistanın baş naziri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin son bəyanatını xatırladıb.

Politik: "İrəvanda ailə hakimiyyəti qurulur, Akopyan Nikolun yerini tutacaq"
“Üç gün əvvəl Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycan ərazisinin 86,6 min kvadratkilometrini, Azərbaycan isə bizim 29,8 min kvadrat kilometr ərazimizi tanıyır”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, bu ilk dəfə İrəvan rəhbərinin rəsmən ölkəmizin keçmiş Azərbaycan SSR (o cümlədən Qarabağın bizim ərazimiz daxilində-red.) ərazisi çərçivəsində suverenliyinin tanınması sayılır. Paşinyan ilk Ermənistan rəhbəri oldu ki, bunu qəbul etdi. Əvvəlki rəhbərlik, hərbi canilər, Qarabağ klanı Ermənistanda hakimiyyətdə olduğu zamanlarda isə həmişə şərt qoyurdular ki, guya Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur. Yəni 86,6 min kvadrat kilometrlik ərazi qəbul edilmirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Azərbaycan   Ərazi  





Xəbər lenti