Amnesty İnternational: “İranda edamların sayı kəskin şəkildə artıb”
![Amnesty İnternational: “İranda edamların sayı kəskin şəkildə artıb” Amnesty İnternational: “İranda edamların sayı kəskin şəkildə artıb”](https://azvision.az/photos/2023/05/kaz-1684322622.jpg)
Son ayları hökumət əleyhinə “Qadın, Həyat, Azadlıq” etirazlarının qızğın çağına təsadüf edən 2022-ci ildə İranda edamların artması faktlarının bir çox hallarda hökumətin öz hesabatlarında gizlətdiyi də vurğulanır.
Təşkilatın baş katibi Anis Kalamar bu sahədə İrandakı vəziyyəti ciddi tənqid edib: “Bu yaxınlarda xalq üsyanına son qoymaq üçün çarəsiz bir cəhdlə İran hakimiyyəti insanları sadəcə etiraz hüququndan istifadə etdikləri üçün edama göndərdi”.
Amnesty International-ın hesabatına görə, ötən il 2021-ci ildə bu rəqəm 18 ölkədə 579 edildiyi halda, keçən il 20 ölkədə ümumilikdə 883 nəfər edam olunub.
AzVision.az