BMT: "Rusiya iqtisadiyyatı gələn ildən tez artım templərinə qayıtmacaq"
Eyni zamanda, analitiklər 2023-cü ildə Rusiya iqtisadiyyatının daralması və 2024-cü ildə ölkə ÜDM-nin cüzi artımı ilə bağlı konkret rəqəmlər təqdim etməyiblər. Əsas səbəb isə Rusiya ilə Ukrayna arasında davam edən münaqişə olub. Belə şəraitdə müfəssəl iqtisadi proqnoz vermək çətindir, hesabat müəllifləri yekunlaşdırıblar.
Mayın 15-də Avropa Komissiyası (AK) Rusiyanın 2023-2024-cü illər üçün ÜDM üzrə proqnozunu təkmilləşdirib. Yenilənmiş hesablamaya görə, ölkə iqtisadiyyatı 2022-ci ilin payızında proqnozlaşdırılan 3,2% əvəzinə, bu ilin dekabr ayının sonuna kimi 0,9% azalacaq. 2024-cü ilin nəticələrinə görə, Rusiya ÜDM-i əvvəllər gözlənilən 0,9%-ə qarşı 1,3% artacaq.
AzVision.az
Teqlər: