Putin Rusiya, İran və Azərbaycanı birləşdirən yoldan danışdı
![Putin Rusiya, İran və Azərbaycanı birləşdirən yoldan danışdı Putin Rusiya, İran və Azərbaycanı birləşdirən yoldan danışdı](https://azvision.az/photos/2023/05/2022-09-30T133506Z_288246664_RC2PRW9N2HAP_RTRMADP_3_UKRAINE-CRISIS-PUTIN-scaled-e1664558081885-1684316719.jpg)
“Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik. Bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza yaradacaq”, - Putin bildirib.
Astara-Rəşt yolun Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzanan və multimodal marşrutu olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi daxilində uzunluğu 7,2 min km hissəsidir.
Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir. İran Astara-Rəşt dəmir yolunun tikintisi layihəsinə dair sazişi hələ 2005-ci ildə imzalayıb. Tikintinin aktiv mərhələsi yalnız 2018-ci ildə başlayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Azərbaycan İran Rusiya