İsraillə müharibənin hər günü üçün İran 5 milyon dollar vəd edib
![İsraillə müharibənin hər günü üçün İran 5 milyon dollar vəd edib
İsraillə müharibənin hər günü üçün İran 5 milyon dollar vəd edib](https://azvision.az/photos/2023/05/DOY-1684314160.jpg)
“İranın maliyyə vədi bu qruplaşmaya Qəzzada İsrail ordusu ilə Fələstin İslami Cihad qüvvələri arasında baş verən son qarşıdurma zamanı verilib. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan insident zamanı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyə və “Fələstin İslami Cihadı”nın baş katibi Ziyad Nəxalə ilə telefon danışığı aparıb” - məlumatda deyilir.
İsrail ordusu və “Fələstin İslami Cihadı” Misirin Təhlükəsizlik xidməti rəhbərinin vasitəçiliyi ilə şifahi şəkildə əldə edilən razılaşmaya əsasən mayın 13-ü saat 22:00-dan etibarən bir-birinə qarşı hücumları dayandırıb. Lakin bundan bir gün sonra tərəflər bir-birinə qarşı kiçik miqyaslı hücumlar da həyata keçiriblər.
AzVision.az
Teqlər: