Sarkoziya 3 il həbs verildi
Onun vəkili Terri Erzog və keçmiş hakim Jilbert Aziber oxşar şərtlərlə cəzalandırılıb. İttiham tərəfinin dediyinə görə, Sarkozi vəkili vasitəsilə Fransanın “L'Oreal” evi tərəfindən seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaqın gedişi ilə bağlı məxfi məlumatın müqabilində Aziberə Monako Knyazlığında vəzifə almasına kömək edəcəyinə söz verib.
Prezident seçki kampaniyasının maliyyələşdirilməsi işi üzrə aparılan istintaqın bir hissəsi olaraq, müstəntiqlər 2013-cü ilin sentyabrında Sarkozinin telefon danışıqlarını dinləməyə başlayıblar. 2014-cü ilin əvvəlində onlar aşkar ediblər ki, siyasətçi saxta adlarla qeydiyyatdan keçmiş mobil telefonlarla vəkili Erzoqla əlaqə saxlayır. Məhkəmə Sarkozi, vəkili Erzoq və Aziber arasında bağlanmış “korrupsiya paktının” mövcudluğunu müəyyən edib.
Şahanə Rəhimli
AzVision.az