Kleverli: "Britaniya SEPAH-ın çirkin fəaliyyətini məhdudlaşdırmaqda davam edir"
“Böyük Britaniya hökuməti Britaniya xalqının və regionun təhlükəsizliyinin, ölkənin fundamental öhdəliklərinə uyğun olmasını təmin etmək üçün qərarları daim nəzərdən keçirəcək. London İrana qarşı sanksiyaların tətbiqi və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi ilə Beynəlxalq Atom enerjisi agentliyində Tehrana qarşı birgə mövqe sərgiləməkdə Fransa, Almaniya və ABŞ ilə sıx əməkdaşlıq edir”, – Ceyms Kleverli vurğulayıb.
Son aylarda Britaniya İcmalar Palatasının bir sıra üzvləri SEPAH-ı terrorçu təşkilat adlandırıblar. Onlar baş nazir Rişi Sunaka təzyiq göstərərək hökumətin də bu addımı atmasını tələb edirlər. Britaniya siyasətçiləri arasında ölkənin Daxili İşlər naziri Suella Braverman da SEPAH-ın terrorçu təşkilat adlandırılmasının tərəfdarıdır.
AzVision.az
Teqlər: