Berlində Avropanın “sükutunu” tənqid edən aksiya keçirilib

   Berlində Avropanın “sükutunu” tənqid edən aksiya keçirilib
  16 May 2023    Oxunub:973
Bir neçə iranlı mayın 15-də Berlində Almaniya Xarici İşlər nazirliyinin qarşısına toplaşaraq, “Qərb hökumətlərinin İranla iqtisadi mübadilə bəhanəsi ilə susmasına” və “İran hökumətinin cinayətlərinə göz yummasına” etiraz iblər.
AzVision.az xəbər verir ki, mitinq İranda edamların sayının artması ilə mübarizə aparan “Səsgücləndirici” platforması tərəfindən təşkil edilib. Etirazçılar İrandakı edamlar qarşısında Qərb hökumətlərinin sükutunu İranda insan həyatı bahasına başa gələn “utancverici” və “ağrılı” adlandırıblar. Beləliklə də, öz iqtisadi maraqlarını güdən bəzi Qərb ölkələrinin məqsədəuyğunluluq mövqeyindən çıxış etdikləri beynəlxalq dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

AzVision.az


Teqlər: İran   Almaniya  





Xəbər lenti