Ərdoğan: "28 Mayı Türkiyə əsrinin müjdəçisi edəcəyik"

      Ərdoğan:    "28 Mayı Türkiyə əsrinin müjdəçisi edəcəyik"
  16 May 2023    Oxunub:1331
"Biz "Cumhur İttifaqı" olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağından çıxdıq. Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq. Zəhmətinizə və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm".
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşımında yazıb. O qeyd edib ki, mayın 14-də əldə edilən uğurun daha böyük qələbə ilə taclandırmağın vaxtıdır.

"Seçkilərin ikinci turu 27 May çevrilişinin 63-cü ildönümündən bir gün sonra, mayın 28-də keçiriləcək. Allahın izni ilə 28 Mayı Türkiyə əsrinin müjdəçisi edəcəyik. Mən sizə inanıram"

AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti