"Bayden seçkinin qalibi ilə "dörd gözlə" işləməyə hazırdır"

   "Bayden seçkinin qalibi ilə "dörd gözlə" işləməyə hazırdır"
  15 May 2023    Oxunub:1479
Prezident və parlament seçkiləri ilə bağlı Vaşinqton administrasiyasından daha bir açıqlama verilib. Ağ Evin sözçüsü Con Kirbi prezident Baydenin seçkilərdə qalib gələn liderlə işləməyi “dörd gözlə"gözlədiyini deyib.
Kirbi: "Türk xalqını seçki qutusunda istəklərini sülh yolu ilə ifadə etdiyi üçün təbrik edirik",- deyə bildirib.

ABŞ prezidenti Co Bayden isə Türkiyədə keçirilən seçkilərlə bağlı “Kim qalib gəlirsə gəlsin, hazırda dünyanın o hissəsində kifayət qədər problemlər var”, - deyib.

Qeyd edək ki, ötən gün Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda üç namizəd - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti