"Xarici jurnalların siyasət oyunbazlığına baxmayaraq..." - Ərdoğan

   "Xarici jurnalların siyasət oyunbazlığına baxmayaraq..." -    Ərdoğan
  15 May 2023    Oxunub:1332
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından seçki ilə bağlı açıqlamalar verib.
Ərdoğan paylaşımında bu sözləri paylaşıb:

“Tariximizin ən yüksək fəallığı olan seçkilərdən biri olan 14 May seçkiləri demokratiyamıza yaraşan bayram ab-havasında, sevimli xalqımızın tədbirliliyi və uzaqgörənliyi ilə keçdi.

Millətimiz Kandildən, Pensilvaniyadan sosial media kanallarından və xarici jurnal örtüklərinə edilən siyasət oyunbazlığına baxmayaraq, azad iradəsinə sahib çıxdı.

Nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi 85 milyon nəfərlə Türk demokratiyası və Türk Milləti oldu".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Türkiyə   seçki   Ərdoğan  





Xəbər lenti