Paşinyan: “Azərbaycan və Türkiyə ilə münasibətlər qurmalıyıq”

      Paşinyan:    “Azərbaycan və Türkiyə ilə münasibətlər qurmalıyıq”
  15 May 2023    Oxunub:1718
“Ermənistanın xarici siyasətinin əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulması olmalıdır”. Bu sözləri ölkənin baş naziri Nikol Paşinyan Çex Respublikasının «Respekt» nəşrinə müsahibəsində deyib.
“Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət saxlamamağa öyrəşmişik. Bu vəziyyətin dəyişməsi ölkəmiz üçün həyati əhəmiyyət daşıyır. Asan görünsə də, vəziyyəti dəyişmək üçün çoxlu əngəlləri aşmaq lazımdır. Erməni cəmiyyətinin belə mesajı həzm etməsi asan deyil”, - Paşinyan deyib.
Paşinyan Azərbaycanla danışıqları şərh edib

Baş nazir qeyd edib ki, o bu haqda Milli Məclisdə danşanda müxalifət “bizim qonşumuz İsveç deyil” kimi bəhanələrlə etiraz edir: “Mənsə dedim ki, bizim Skabdinaviya və ümumiyyətlə, Avropa tarixini öyrənməyimiz yaxşı olar. Əgər Skandinaviyada hər zaman indiki kimi əmin-amanlığın olduğunu düşünürüksə, yanılırıq. Onda mənə etiraz edib, dedilər ki, Skandinaviyada soyqırımı olmayıb. Düzdür, bizimlə Skandinaviyanın arasında fərq çoxdur, amma bütün hallarda tarixi insanlar yaradır”.

O həmçinin vurğulayıb ki, Ermənistanın Gürcüstan və İranla yaxşı əlaqələri olduğu halda, Azərbaycan və Türkiyə ilə heç bir münasibəti yoxdur və bu vəziyyəti dəyişmək lazımdır.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti