Separatçılar Paşinyanı hədələyirlər

   Separatçılar Paşinyanı hədələyirlər
  15 May 2023    Oxunub:1468
Brüssel danışıqlarından sonra həm Ermənistanın siyasi dairələrində, həm də Qarabağdakı erməni separatçılarının arasında Nikol Paşinyanla bağlı səslənən bəyanatların sərtliyi artır. Radikallar Paşinyanı satqınlıqda qınayır və əgər belə davam edərsə, hakimiyyətini itirəcəyini, hətta həbs olunacağını deyirlər.
Məsələn, separatçı qurumun qondarma “parlament”inin qondarma “deputat”ı David Qalstyan deyib ki, Paşinyanın Qarabağla bağlı qol çəkdiyi istənilən sənəd qeyri-legitim olacaq.

“Belə bir sənədin imzalanması həmin addımı atan şəxsin üzərindən çarpaz xəttin çəkilməsi ilə nəticələnəcək”,- deyə qondarma “deputat” bildirib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətini qoruyub saxlamaq naminə nəyəsə qol çəkə bilər, amma bu, erməni xalqının iradəsini əks etdirməyəcək. “Bunu edərsə, Paşinyan antimilli fəaliyyətə görə qanunun bütün sərtliyi ilə cəzalandırılacaq”,- separatçı əlavə edib.

Bəli, biz Qarabağda arabir internetin kəsildiyini bilidik. Amma bu kəsintilər uzun müddət davam etmir axı... Niyə zavallı Qalustyan ətrafında baş verənlərdən bu qədər bixəbərdir görəsən?!

Tariyel Həsənov
AzVision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti