İranın qızıl bazarında “resessiya”: “Gənclər gümüşdən toy üzükləri alırlar”
“Qızıl alqı-satqı bazarında durğunluq hökm sürür və yalnız bir neçə nəfər öz kapitalını qorumaq üçün sikkələr alır və ya qızıldan istifadə edir. Ötən illərdə gənc cütlüklər üçün bir həftə ərzində qızıl satışı 7-8 qızıl məmulatı qədər olurdusa, indi bu satış “sıfır”a çatıb. Bu gün gənc cütlüklər qızıl ala bilmədiklərinə görə toy üzüklərini gümüşlə alırlar, çünki qızılın qiyməti ötən illə müqayisədə 100% artıb” - Tağızadə vurğulayıb.
Bu yaxınlarda Ümumdünya Qızıl Şurasının açıqladığı hesabatlardan birində cari ilin ilk rübündə İranda qızıl-zinət əşyalarının alışının ötən ilin eyni dövrü ilə müqayisədə 15% azalaraq 7 min 100 kiloqram səviyyəsinə endiyiy qeyd edilib. Bununla belə, həmin hesabata görə, bu ilin birinci rübündə İran vətəndaşları tərəfindən qızıl sikkə və külçələrin alışında 38% artım olduğunu açıqlayıb. Belə statistika iranlılarin öz maliyyə aktivlərinin dəyərini saxlamaq üçün qızıl sikkə və külçə alışını xeyli artırdıqlarını göstəricisidir.
AzVision.az
Teqlər: İran