Hülya Avşarın qızı zərfi seçki qutusuna atmağı unutdu

   Hülya Avşarın qızı zərfi seçki qutusuna atmağı unutdu
  15 May 2023    Oxunub:1598
Türkiyəli aktrisa Hülya Avşar və idman şərhçisi Kaya Çilingiroğlunun qızı Zehra Çilingiroğlu dünən səsvermədən sonra zərfini qutuya qoymağı unudub.
Onun bir anlıq diqqətinin yayındırılması nəticəsində səsvermə kabinəsini tərk edərək dərhal qapıya tərəf getdiyi görülüb. Sonra vəziyyəti anlayıb və zərfi qutuya atıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib. O qeyd edib ki, ikinci tur mayın 28-də baş tutacaq.

Yenerin sözlərinə görə, ölkədə səslərin sayı 100 faiz hesablanıb. Ölkədə iştirak nisbəti 88,92 faiz, xaricdə isə 52,69 faiz təşkil edib.

İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, Kamal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Məhərrəm İncə isə 0,44 faiz səs toplayıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti