Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

      Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək
  15 May 2023    Oxunub:1590
Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib. O qeyd edib ki, ikinci tur mayın 28-də baş tutacaq.

Yenerin sözlərinə görə, ölkədə səslərin sayı 100 faiz hesablanıb. Ölkədə iştirak nisbəti 88,92 faiz, xaricdə isə 52,69 faiz təşkil edib.

İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, Kamal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Məhərrəm İncə isə 0,44 faiz səs toplayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti