Ərdoğan yoxsa Kılıçdaroğlu: Sinan Oğan kimə dəstək verəcək?

  Ərdoğan yoxsa Kılıçdaroğlu:  Sinan Oğan kimə dəstək verəcək?
  15 May 2023    Oxunub:1570
"Biz istədiyimiz bütün məqsədlərə nail olduq. Bundan sonra Türkiyənin böhrana və siyasi qarışıqlığa girməməsi üçün bütün məsuliyyəti öz üzərimizə götürəcəyik" .
AzVision.az xəbər verir ki, bunu ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan deyib. O, "İkinci turda kimə dəstək olacaqsınız?" sualına da cavab verib.

"Məsləhətləşəcəyik. Bu gün həm Ata İttifaqının tərkib hissələrini, həm də birlikdə fəaliyyət göstərdiyim yoldaşlarımı görüşə dəvət etdim. Hər iki tərəflə birgə məsləhətləşmə toplantısı keçirəcəyik. Bu məsləhətləşmələr davam edəcək və inşallah ən qısa zamanda bir nəticəyə gələcəyik. Bu nəticə Sinan Oğanın deyil, ortaq ağlın qərarı olacaq".
"Ərdoğan ikinci turda qalib gələcək" - Baxçalının müavini


Qeyd edək ki, ötən gün Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda üç namizəd - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparıblar.

Səsvermə bülletenlərinin 99,37%-i sayılıb. Son məlumata görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan: 49,42%-lə öndədir. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,95%, Sinan Oğan isə 5,20% səs toplayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti