İranlılardan Tomaj Salehiyə dünyanın müxtəlif şəhərlərində dəstək aksiyaları

   İranlılardan Tomaj Salehiyə dünyanın müxtəlif şəhərlərində dəstək aksiyaları
  15 May 2023    Oxunub:1169
Mayın 14-də dünyanın müxtəlif şəhərlərində yaşayan iranlılar həbsdə olan müğənni Tomaj Salehyə və digər siyasi məhbuslara dəstək aksiyaları keçiriblər.
AzVision.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan şəkillər belə aksiyaların Fransa, İngiltərə, Kanada, İsveçrə, İsveç, Belçika, Danimarka, İtaliya və Almaniyanın müxtəlif şəhərlərində keçirildiyini göstərir.

Müğənniyə dəstək aksiyalarının iştirakçıları həbsxanada Tomaj Salehi və digər siyasi, habelə mülki fəalların fotolarını əks etdirən plakatlar tutublar. Onların əsas tələbi İranın teokratik rejimi tərəfindən verilən ölüm hökmünün ləğvi və SEPAH-ın terrorçular siyahısına salınması olub.
Son illər sosial mövzularda səsləndirdiyi etiraz mahnıları ilə məşhurlaşan Tomaj Salehi “Qadın, Həyat, Azadlıq” aksiyaları zamanı həbs edilib. 33 yaşlı müğənni İranın cinayət qanunlarına görə ölüm hökmü ilə nəticələnə biləcək “yer üzərində fəsad və müharibə” ittihamı ilə üzləşir.


AzVision.az



Teqlər: İran   etiraz  





Xəbər lenti