Vermişyana 8 il həbs verildi

   Vermişyana 8 il həbs verildi
  15 May 2023    Oxunub:1627
Ermənistan Şəhərsalma Komitəsinin keçmiş sədri Vaaqn Vermişyan 8 il müddətinə azadlıqdan məhrum edilib.
Müvafiq qərarı hakim Mnatsakan Martirosyanın sədrliyi ilə Yerevandakı ümumi yurisdiksiya məhkəməsi qəbul edib. Bu barədə vəkil Aleksandr Koçubayev bildirib.

Vəkil qeyd edib ki, qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək. Vəkil məhkəmənin qərarını qeyri-qanuni hesab edir və özlüyündə keçmiş məmura qarşı ittiham, onun fikrincə, siyasi təqibdir.

Xatırladaq ki, Vermişyan 2020-ci ilin fevralında həbs edilib. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Vermişyan  





Xəbər lenti