İranda səkkiz nəfər "əmək etirazı" fəalı tutuldu
“Bu “liderlər” əmək tətilini davam etdirmək üçün virtual və real məkan vasitəsilə Cənubi Pars bölgəsində fəaliyyət göstərirlər. Bu fəalların “iğtişaşçı və tətillərin lideri” adı altında həbsi cari ildə fəhlə və qulluqçuların maaş artımı inflyasiyanın yarı səviyyəsinə bərabər olduğu halda həyata keçirilib. Cənubi Pars bölgəsindəki “əmək tətilləri” əsas daxili “liderləri” müşahidə yolu ilə müəyyənləşdirilən xarici şəbəkələr tərəfindən təşkil edilmiş və dəstəklənmişdir” - Purat deyib.
Yeri gəlmişkən, hakimiyyət nümayəndələrinin ölkədə baş verən etiraz və tətillərli “xaricdəki şəbəkələr”lə əlaqələndirməsi yeni bir hal olmayıb, əslində İrandakı teokratik rejimin öz repressiya siyasətinə guya xarici düşmənlərlə qarşı mübarizə adı altında bəraət qazandırmaq cəhdidir.
AzVision.az