İsfahan həbsxanasının qarşısında etiraz aksiyası
Müttəhimlərdən biri olan Məcid Kazeminin əmisi oğlu Məhəmməd Haşiminin mayın 14-də öz Twitter səhifəsində “aldığı məlumatlara” görə, bu üç etirazçının İsfahan həbsxanasında mayın15-i səhər vaxtı “sübh azanıyla” edam edilməsi planlaşdırılır.
O, həmçinin Twitter səhifəsində bu məhbusların edamının qarşısını almaq üçün insanlardan kömək istəyib və edama məhkum olunan bu etirazçıların ailələrinin “İsfahanın mərkəzi həbsxanasına getdiyini” yazıb.
AzVision.az